Ermənistanda saat 11:00-a olan seçici fəallığı: 14,48%

Ermənistanda saat 11:00-a olan seçici fəallığı: 14,48%
12:47

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində saat 11:00-a olan ümumi seçici fəallığı barədə rəsmi məlumat yayıb.

MSK-nın üzvü Anna Qriqoryan keçirdiyi mətbuat konfransında həmin saata qədər ölkə üzrə 362 min 657 nəfərin səsvermədə iştirak etdiyini bildirib. Bu isə ümumi seçicilərin 14,48%-ni təşkil edir.

Qriqoryan həmçinin əlavə edib ki, bu seçkilərdə səsvermə hüququ olan və siyahıya daxil edilən vətəndaşların ümumi sayı 2 milyon 503 min 976 nəfərdir.


Sizin reklam burada
Sizin reklam burada