Paşinyan seçkilərdə qalib gəldi- Azərbaycan onu təbrik edəcək?

Paşinyan seçkilərdə qalib gəldi- Azərbaycan onu təbrik edəcək?
12:55

 

Ermənistanda parlament seşkilərinin nəticələri elan olunub. Belə ki, Mərkəzi Seçki Komissiyası növbəti parlament seçkiləri üçün səslərin sayılmasını başa çatdırıb. Bütün 2005 seçki məntəqəsindən nəticələr hesablanıb.

Səslər aşağıdakı kimi paylanıb:

“Vətəndaş müqaviləsi” Partiyası 727.160 səs (49.81%) toplayaraq birinci yeri tutub.

“Güclü Ermənistan” bloku 340.062 səs (23.29%) ilə ikinci yeri tutub.

“Ermənistan” bloku 145.097 səs (9.94%) ilə üçüncü yeri tutub.

“Çiçəklənən Ermənistan” partiyası 58.368 səs (4.00%) ilə dördüncü yeri tutub.

Beləliklə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyası böyük üstünlüklə seçkilərdə qalib gəlib. Və parlamentdəki mandatların demək olar ki, 50 faizinə sahib çıxıb.

Ümumilikdə, Milli Assambleyadakı 107 mandat belə bölünür:

“Vətəndaş müqaviləsi” Partiyası 61 mandat,

“Güclü Ermənistan” bloku 28 mandat,

“Ermənistan” bloku 11 mandat,

“Çiçəklənən Ermənistan” Partiyası isə 5 mandat qazanıb.

Bu hesab bölgüsü ilə Vətəndaş Müqaviləsi Partiyası 3/5 səs çoxluğundan cəmi iki səs azdır.

Bu nəticə “Vətəndaş müqaviləsi” Partiyasına təkbaşına hökümət qurmaq imkanı vermir. Çünki, Ermənistan qanunvericiliyə görə "Vətəndaş müqaviləsi” təkbaşına hökümət qurmaq üçün 50+1 səs toplamalıydı.

Belə vəziyyətdə Paşinyan parlamentdə mandat qazanan digər hansısa partiya və yaxud blokla danışığa getməli və koalisiya höküməti qurmalıdır.

Amma bu o qədər də asan məsələ deyil. Çünki parlamentdə yer qazanan digər qüvvələr - “Güclü Ermənistan” bloki (lider Samvel Karapetyan), “Ermənistan” bloku (lider Robert Köçəryan) və “Çiçəklənən Ermənistan” Partiyası (sədr Qaqik Sarukyan)  Paşinyana qarşı qatı müxalifətdədir. Və onların Paşinyanla ittifaq qurması inandırıcı görünmür.

Nələr proqnozlaşdırılır?

Ermənistan qanunvericiliyi indiki halda Paşinyanın xeyrinə işləyir. Bunun da bir neçə səbəbi var:
İtirilmiş səslərin paylanması: Seçki baryerini keçə bilməyən onlarla kiçik partiyanın topladığı ümumi səslər (təxminən 10-12% civarında) parlamentə daxil olan 4 əsas partiya arasında mütənasib olaraq bölünür. Bu bonus xalların hesabına Nikol Paşinyanın parlament daxili xalis səs çəkisi 54-56%-ə yüksəlir.

Milli azlıqlar kvotası: Parlamentdə xüsusi qruplar (kürdlər, yezidilər, ruslar və asurilər) üçün ayrılan əlavə 4 yer də çox vaxt seçkidə qalib gələn iqtidar partiyasına verilir.

Yekun Hesablama: Bu göstəricilərlə Nikol Paşinyanın “Mülki Müqavilə” Partiyası parlamentdəki yerlərin təxminən 58-62-sini (mütləq çoxluğu) birbaşa nəzarətə götürür.

"Mülki Müqavilə" hökuməti təkbaşına təşkil edə biləcəkmi?

Səslərin yenidən paylanması prosesi bitdikdən sonra "Mülki Müqavilə"nin deputat sayı parlamentin ümumi sayının 54%-ni keçdiyi üçün Paşinyan heç bir siyasi partiya ilə koalisiya (ittifaq) qurmaq məcburiyyətində deyil. O, növbəti hökumətin kabinetini təkbaşına təyin edəcək və yenidən Baş nazir kürsüsünə əyləşəcək.

Nikol Paşinyanın 49,81%-lik rəsmi qələbəsi ölkədəki rusiyayönümlü müxalifət bloklarının (ümumi səs payı təxminən 37%) koalisiya yaradaraq hakimiyyəti ələ keçirmək planlarını tamamilə iflasa uğradıb.


Hazırda rəsmi İrəvan seçki nəticələrinə əsasən yeni parlament sessiyasına və hökumətin formalaşdırılması proseduruna hazırlaşır.

Müxalifət seçkilərin nəticəsini tanıyacaqmı?

Seçkidən sonrakı gecə İrəvanda və digər iri şəhərlərdə hər hansı bir insident baş verməyib. Və kütləvi etirazlar olmayıb.

Baxmayaraq ki, ötən gün Xocalı qatili, "Ermənistan" blokunun lideri, sabiq prezident və baş nazirliyə namizəd Robert Köçəryan Ermənistanda keçirilən parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən növbəti xəbərdarlığını edib.

Müxalifət lideri Nikol Paşinyanın seçkilərdə uduzacağı təqdirdə hakimiyyətdən əl çəkməməsi ehtimalını şərh edib:

"Əgər Nikol Paşinyan (seçkidən sonra) getməsə, bu, çox pis başa çatacaq".

Jurnalistlərin "çox pis başa çatacaq" ifadəsi ilə tam olaraq nəyi nəzərdə tutduğuna dair sualına isə Köçəryan konkret detal verməkdən yayınıb və "Qoy hər kəs bunu öz təxəyyülünün imkan verdiyi dərəcədə başa düşsün", — deyə cavab verib.

"Güclü Ermənistan" partiyasının lideri və "Taşir Qrupu" holdinqinin prezidenti Samvel Karapetyansa hələlik bir qədər təmkinli davranır. Və hesab edir ki, hələ heç nə bitməyib.

Əvəzində Paşinyan bu gün səhər təhdid dolu bəyanat verib. O, seçki prosesinə kənardan müdaxilə etməyə çalışan və ölkədəki sabitliyi pozmağa yönələn hər hansı bir qanunsuz cəhdin qarşısının qətiyyətlə alınacağını vurğulayıb.

Paşinyan xalqa müraciətində rusiyayönümlü siyasi blokları hədəf alaraq bildirib:

"Ermənistan xalqı öz seçimini etdi və öz suverenliyini qorudu. Seçkinin nəticələrini həzm edə bilməyib ölkəni xaosa sürükləmək, dövlət çevrilişinə cəhd göstərmək istəyən rusiyayönümlü müxalifət fəalları bilsinlər ki, qanunun bütün sərtliyi ilə cəzalandırılacaqlar. Biz dövlət institutlarının zəiflədilməsinə və xarici qüvvələrin diktəsi ilə hərəkət edən qrupların ölkədə iğtişaş törətməsinə icazə verməyəcəyik".

Paşinyan eyni zamanda bildirib ki, Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir:

“Bu istiqamətdə fəaliyyətini davam etdirəcək. TRIPP-in ratifikasiya prosesinə yaxın gələcəkdə başlanmalıdır”.

Bəs Azərbaycan iqtidarı qələbə münasibəti ilə Paşinyanı təbrik edəcəkmi?

Hələlik bu məsələ barədə hər hansı bir fikir səslənmir. Amma nəzərə alaq ki, son zamanlar Paşinyan bir neçə mühüm hadisəyə görə Azərbaycanı təbrik edib. Onun sonuncu təbriki Müqəddəs Qurban bayramı ilə bağlı olub.

News365.az


Sizin reklam burada
Sizin reklam burada