Motosiklet yol kənarında dayanmış avtomobilə çırpılıb

Motosiklet yol kənarında dayanmış avtomobilə çırpılıb
16 Dek 2025 21:00

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Nizami küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 2001-ci il təvəllüdlü Rəşad Abdullayev motosikleti ilə yol kənarında dayanmış “Hyundai” markalı minik maşınına çırpılıb.

Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada