"Rza Pəhləvi elə başa düşür ki, hakimiyyət sanki bir qab halvadır"- Ekspert

"Rza Pəhləvi elə başa düşür ki, hakimiyyət sanki bir qab halvadır"- Ekspert
09:50
Gündəm İrandır. Hər kəs bu ölkədən və onun ətrafında baş verənlərdən danışır.
Təhsil üzrə ekspert Etibar Əliyevsə bu müzakirələr fonunda maraqlı bir məsələyə toxunub.
O, yazır:
"İran universitetlərinin 100-dən çox alimi və texnologiyalar üzrə ekspertlər İran konstitusiyasının qeyri-legitimliyi haqqında bəyanat imzalayıblar. İran intellegensiyası hakimiyyətin kecikmədən xalqa və İran şahının varisi Rza Pəhləviyə ötürülməsini tələb edirlər. Və imzaların sayı hər dəqiqə artır. İranın qanuni seçilmiş prezidenti Məsud Pezeşkian fürsəti fövtə verməməli, çeviklik nümayiş etdirməli, azərbaycanlılardan və tərəfdarı olan ziyalılardan dəstək almalıdır. Şah rejiminin azərbaycanlılara qarşı törətdiyi cinayətlər bağışlana bilməz.
Rza Pəhləvi elə başa düşür ki, hakimiyyət sanki bir qab halvadır və gətirib onun ovcunun içinə qoyacaqlar…
Zəruri qeyd. Tramp ipucu da verib: “Mənə belə gəlir ki, daxildə daha layiqli namizəd ola bilər”.
News365.az

Sizin reklam burada
Sizin reklam burada