Bakıda qadını daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin
cinayət işi məhkəmə prosesi keçirilib.
News365.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır
Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseyovun sədrliyi ilə keçirilən prosesdə
hökm oxunub.
Hökmə əsasən, İgid Rəcəbzadə 17 il müddətə azadlıqdan məhrum
edilib.
Xatırladaq ki, hadisə 2024-cü ilin dekabrın 17-də Sabunçu
rayonunda baş verib. Təqsirləndirilən İgid Rəcəbzadə ilə qeyri-rəsmi nikah
münasibətində yaşadığı Elnarə İbrahimova arasında şəxsi münasibətlər zəminində
mübahisə baş verib. Mübahisə nəticəsində İgid Rəcəbzadə Elnarənin baş nahiyəsinə
daş parçası ilə xəsarət yetirilərək onu qətlə yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi
amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli
sürülüb.