Müharibədən əvvəl İrana getmiş Həmid Herisçidən xəbər yoxdur

Müharibədən əvvəl İrana getmiş Həmid Herisçidən xəbər yoxdur
11:02

Bir neçə gündür Təbrizdə səfərdə olan şair-yazıçı Həmid Herisçidən xəbər yoxdur.  

News365.az xəbər verir ki, onun telefonuna zəng çatmır.  

Tanınmış teleaparıcı İlhamiyyə Rza da özünün sosial media hesabında həyat yoldaşı İrana gedəndən sonra ondan məlumat ala bilmədiklərini bildirib, bunu orada internetə girişin məhdudlaşdırılması ilə əlaqələndirib.  

Şairin Əslən Cənubi Azərbaycandan olan və Təbrizdə yaşayan qələm dostu Əli Çağla da Həmid  Herisçi barədə məlumat ala bilmədiyini vurğulayıb.  

Qeyd edək ki, fevralın 28-i ABŞ və İsrail Təbriz də daxil olmaqla İranın bir sıra şəhərlərinə hava zərbələri endirməyə başlayıb.


Sizin reklam burada
Sizin reklam burada