İrana qarşı aparılan əməliyyat beynəlxalq hüquqa uyğundur?

İrana qarşı aparılan əməliyyat beynəlxalq hüquqa uyğundur?
17:28

İrana qarşı aparılan hərbi əməliyyatlar daha bir mövzunu gündəmə gətirib. Bu mövzu Beynəlxalq Hüquqdur. ABŞ və İsrailin İranda keçirdiyi hərbi əməliyyatların beynəlxalq hüquqa uyğun olub-olmadığı məsələsi müzakirələrə səbəb olub.

News365.az-ın qonağı olar “REAL” partiyasının sədri Natiq Cəfərli bu barədə danışıb. Partiya sədri bildirib ki, İrana qarşı edilən hərbi əməliyatlar beynəlxalq hüquqa ziddir:

“Bu əməliyyatların heç bir hüquqi izahı yoxdur. Dünya artıq o nöqtəyə çatıb ki beynəlxalq hüququn yenidən yazılmasına ehtiyac var. Rusiyanın Ukraynaya hücümü beynəlxalq hüququn pozuntsus olduğu kimi İrana hücum da belə haldır. Bəzi insanlar bu prosesi beynəlxalq hüquq konteksindən dəyərləndirməyə çalışırlar. Bu mənasızdır. Çünki olmayan bir şey haqqında niyə danışasan axı? Düşunürəm ki, bütün bu böyük toqquşmalar bitdikdən sonra beynəxlaq hüquqa yenidən baxılacaq və o tam yenilənəcək”.


Sizin reklam burada
Sizin reklam burada