İranın Natanz şəhərində yerləşən nüvə obyektində bir neçə bina ABŞ-İsrail hücumlarından sonra zədələnib.
News365.az bu barədə CNN telekanalı Vantor şirkətinin peyk görüntülərinə istinadən məlumat yayıb.
Bildirilir ki, sözügedən tikililər obyektin yeraltı qurğularına işçilər və nəqliyyat vasitələri üçün giriş nöqtələri kimi istifadə oluna bilərdi.
İran tərəfinin, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) hələlik bu məsələ ilə bağlı şərhi yoxdur.
Bazar ertəsi AEBA baş direktoru Rafael Qrossi bəyan edib ki, agentlik İranın heç bir nüvə obyektinin, o cümlədən Buşəhr Atom Elektrik Stansiyasının zədələndiyinə və ya hücuma məruz qaldığına dair əlamət görmür.