İsrail qoşunları Livanla sərhəddən 6 kilometr məsafədə yerləşən Xiyam şəhərinə daxil olub.
News365.az APA-ya istinadən xəbər verir ki, bu barədə Livan televiziyası məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Livan-İsrail sərhədindən təxminən altı kilometr məsafədə yerləşən Livanın cənubundakı Xiyam şəhərini ələ keçirib.
“Xiyam şəhərində davamlı artilleriya atəşləri eşidilir, İsrail ordusu şəhərə daxil olub”, - dövlət mediası bildirir.
İsrail Müdafiə Qüvvələri (IDF) bildirir ki, qoşunları Livanın cənubunda daha da dərinə yerləşdirmək qərarı Hizbullahın hücumlarına qarşı "gücləndirilmiş müdafiə mövqeyi"nin qurulması planının bir hissəsidir.