Tanınmış müğənni Rəqsanə İsmayılova həbs yəyatından danışıb.
News365.az xəbər
verir ki, müğənni həbs həyatının çətinliklərindən danışıb. O, heç kimə həbsə
düşməyi arzulamadığını bildirib:
“Mən orda övladlarım üçün çox darıxırdım. Allah heç kimə göstərməsin çox pis
şeydir. Mən cəmi 3 ay orada qaldım. Qadınlar var ki, illərdir həbsdə balalarına həsrətdilər. Orda adamlar var ki, heç yanlarına gəlib-gedən yoxdur. Bu dəhşətdir. Elə
adamlar da var idi ki, artıq bir neçə dəfə həbs olunmuşdular. Başa düşə
bilmirdim axı oranı görən adam necə yenidən ora qayıda bilir? Həyatdır da. Bəzi
şeyləri danışmaq olmur. İnsanı ən çox sıxan ailəsinə həsrət qalmasıdır. İnşallah
hər şey bitər mən də rahat nəfəs alaram”.
Qeyd edək ki, Müğənni 520 min dollarlıq dələduzluqda ittiham olunaraq həbs
edilib. Daha sonra Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri
ev dustaqlığı ilə əvəz edilib.