8 Martla əlaqədar şəhərətraflı qatarların qrafiki dəyişib

8 Martla əlaqədar şəhərətraflı qatarların qrafiki dəyişib
16:49

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar qeyri-iş günlərinin təsdiqlənməsi qatarların hərəkət qrafikinə təsir edib.


News365.az xəbər verir ki, 8 mart tarixinin bazar gününə təsadüf etməsi səbəbindən 9 mart bazar ertəsi qeyri-iş günü elan olunub.


Bu səbəbdən 7, 8 və 9 mart tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar həftəsonu (şənbə-bazar) qrafiki ilə hərəkət edəcək.


Sərnişinlərə səfərlərini planlaşdırarkən bu dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.


Sizin reklam burada
Sizin reklam burada