Mingəçevirdə gənc qız binanın beşinci mərtəbəsindən yıxılıb.
New365.az xəbər verir ki, hadisə Cəmil Əliyev küçəsində baş verib. Belə ki, 2007-ci il təvəllüdlü şəhər sakini Əkbərova Nailə Faiq qızı yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq yerə çırpılıb. Təcili xəstəxanaya çatdırılan qızın vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başlanıb.
TƏBİB-dən bildirilib ki, 04.03.2026-cı il tarixində saat 14:40 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2007-ci il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub.
Ağır travmatik şok, sol said sümüklərinin açıq sınığı, dalağın cırılması, daxili qanama diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır.