Maykl Kerrikin məşqçi kimi yaxşı başlanğıcına
baxmayaraq, Pol Skolz onun bu posta çox qalmayacağını düşünür.
News365.az xəbər verir
ki, Skolzun fikrincə, "Old Trafford"da komandanı idarə etmək üçün ən yaxşı
seçim Karlo Ançelottidir.
Skoulz Kerrikin-in rəhbərliyi altında əldə edilən nəticələrin inanılmaz
olduğunu etiraf etsə də, uğurların davamlı olması üçün keçmiş komanda
yoldaşının təcrübəsinin yetərli olmadığını vurğulayib.
Qeyd
eə ki, Maykl Kerrik bu ilin əvvəlində Ruben Amorim istefa verdikdən sonra
“Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə keçib. Premyer Liqada keçirdiyi
ilk 7 matçda 6 qələbə və 1 heç-heçə əldə edib.