Aydın Hüseynov: "Azərbaycanın regiondakı mövqeyi möhkəmlənir"

Aydın Hüseynov: "Azərbaycanın regiondakı mövqeyi möhkəmlənir"
16:37

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçirilıb.Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji şirkəti qatılıb.

Milli Məclisin deputatı Aydın Hüseynov toplantının əhəmiyyəti barədə News365.az-a danışıb. Millət Vəkili qeyd edib ki, tədbir bir sıra ölkə və maliyyə institutlarının təmsil olunması baxımından çox geniş əhatəlidir.

“Tədbirin keçirildiyi dövr də əhəmiyyətlidir. Bu gün bizim cənub qonşumuz İranda baş verən proseslər və bütün bunların yaratdığı gərginlik fonunda ölkəmizdə bu tədbirin keçirilməsi bir daha ondan xəbər verir ki, Azərbaycan bölgədə sülhün əldə olunması üçün böyük addımlar atır. Bununla yanaşı ölkəmiz bu gün Avropanın enerji təminatında əhəmiyyətli rol oynayır. Bu da iqtisadiyatımıza böyük töhvə verəcək. Bu anlaşmalar təkcə ənənəvi enerji resursları ilə bağlı deyil. Gələcəkdə bərpa olunan enerji resurları ilə bağlı əməkdalşığın da olacağı planlaşdırılır.

Deputat vurğulayıb ki, bütün bunlar Azərbaycanın regiondakı mövqeyini gücləndirir. Avropa ölkələri ilə enerji təhlükəsizliyi ilə bağlı imzalanan müqavilələrlə yanaşı Azərbaycanın orta dəhliz üzərində logistik imkanlara malik olması da bizi Avropa üçün əvəzolunmaz tərəfdaşa çevirir”.


Sizin reklam burada
Sizin reklam burada