Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb

Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
16:55

2025-ci ildə 11 558 nikahdankənar uşaq doğulub.


News365.az APA-ya istinadən xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə deyib.


Nazir müavini qeyd edib ki, 2022-ci ildə bu rəqəm 18 814, 2023-cü ildə 15 622, 2024-cü ildə isə 13 228 olub.


Toğrul Hüseynov bu rəqəmin azalmasını dövlət orqanlarının birgə fəaliyyətinin nəticəsi kimi qiymətləndirib.


Sizin reklam burada
Sizin reklam burada