Laçında qəza olub, biri hərbçi olmaqla iki nəfər ölüb

Laçında qəza olub, biri hərbçi olmaqla iki nəfər ölüb
03 Mar 2026 11:57

Laçın-Şuşa yolunda qəza olub.

News365.az xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. Yolda hərəkət edən avtomobil maneəyə çırpılaraq aşıb.

Nəticədə bir nəfərin öldüyü, bir nəfərin xəsarət aldığı bildirilir.

Qəza yük maşını digər nasaz yük maşınını qoşqu ilə yedəyinə alaraq hərəkət edən zaman baş verib.

Dağ yolu ilə hərəkət edən nəqliyyat vasitəsi döngələrin birində idarəetmədən çıxaraq qəzaya düşüb.

Qəzada ölən və xəsarət alan şəxslərin hərbçi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

APA



Sizin reklam burada
Sizin reklam burada