Moldovalı hakim yenə Azərbaycan klubunun oyununa təyinat aldı

Moldovalı hakim yenə Azərbaycan klubunun oyununa təyinat aldı
15:24

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Zirə"nin Estoniyada "Payde"yə qarşı keçirəcəyi görüşün hakimləri açıqlanıb.


News365.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı moldovalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Roman Jitari olacaq. Moldovalı referi azərbaycanlı futbol azarkeşlərinə yaxşı tanışdır. O, iyulun 9-da UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) matçının (3:0) baş hakimi olub.

Xatırladaq ki, "Payde" - "Zirə" oyunu iyulun 23-də, təkrar qarşılaşma isə bir həftə sonra keçiriləcək.

Sizin reklam burada
Sizin reklam burada