Aqşin Əliyev yeni vəzifəyə təyin olundu

Aqşin Əliyev yeni vəzifəyə təyin olundu
30 Avq 2026 14:37

"Kəpəz" futbol klubunun Media və Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib.

News365.az xəbər verir ki, bu vəzifəyə tanınmış idman jurnalisti Aqşin Əliyev gətirilib. O bu vəzifədə Gəray Qiyasovu əvəzləyib.

Jurnalist fəaliyyətinə "525-ci qəzet"də başlayan Aqşin Əliyev daha sonra "Neftçi" və MOİK klublarında da fəaliyyət göstərib.


Sizin reklam burada
Sizin reklam burada