Miri Yusifin xanımı: “Gördüyün mənzərə yanır, heç nə edə bilmirsən“ - VIDEO

Miri Yusifin xanımı: “Gördüyün mənzərə yanır, heç nə edə bilmirsən“ -  VIDEO
30 İyn 2024 23:48

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva 10 ildir ki, köçüb, yaşadıqları Kuşadasındakı dəhşətli meşə yanğını ilə bağlı paylaşım edib.

Yanğına öz gözləri şahidlik edən sənətçinin xanımı anbaan təbiət hadisəsini lentə alaraq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb:

Nərgiz baş verən meşə yanğınını bu sözlərlə nəql edib:

“On ildir burada yaşayırıq, heç belə yanğın olmamışdı. Hər şey yaxşıdır, biz yaxşıyıq. Yaşadığın yerin, evinin uzağı-yaxını olmaz. Hər yer sənin evindir. Dünən səhərə qədər üzüntüdən yata bilməmişəm. Gördüyün mənzərə, meşə yanır, heç nə edə bilmirsən. Ancaq səhərə yaxın söndürüldü. Geriyə ancaq üzüntü qalır. Yenə bir insanın cahilliyindən, axmaqlığından minlərcə heyvan, ağaclar yandı”.

 


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər