Tbilisidə bazarda güclü yanğın baş verib.
News365.az bu barədə "Sputnik Gürcüstan"a istinadla xəbər verir.
Məlumata görə, yanğın metronun "Vağzal meydan" stansiyası yaxınlığındakı bazarda qeydə alınəb. Hadisə yerinə ona yaxın yanğınsöndürmə briqadası səfərbər olunub.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın səhər saat 6 radələrində ikinci mərtəbədəki ayaqqabı mağazasında baş verib.
Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, hadisə yerində xilasedicilər işləyir.
Yanğının nədən baş verdiyi hələlik məlum deyil. Ölən və yaralananlar barədə məlumat yoxdur.