“Mersedes”lə “Opel” toqquşdu: ölən var

“Mersedes”lə “Opel” toqquşdu: ölən var
11:16

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, 60 yaşlı Mamed Niçaxovun idarə etdiyi “Mersedes” və 31 yaşlı Musa Qurbanovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mersedes”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Sizin reklam burada
Sizin reklam burada