Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məmməd İbrahimliyə qarşı irəli sürülən ittiham bəlli olub.
News365.az-ın məlumatına görə, AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, noyabrın 29-da evlərində aparılan axtarışdan sonra Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirilən AXCP sədri Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahim istintaqa cəlb edilib.
Əli Kərimli və Məmməd İbrahim Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə şübhəli şəxs qismində tanınıblar.