ADY-nin sədr müavini vəzifəsindən azad edildi

ADY-nin sədr müavini vəzifəsindən azad edildi
17:30

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov vəzifəsindən azad olunub.

News365.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb. O, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində fəaliyyət göstərib./// apa


Sizin reklam burada
Sizin reklam burada