Qardaş qardaşını bıçaqladı - YENİLƏNİB

Qardaş qardaşını bıçaqladı - YENİLƏNİB
15:30

Lənkəranda qardaşlar arasında bıçaqlanma hadisəsi ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Qeyd olunub ki, həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

TƏBİB-dən verilən məlumata görə, dünən saat 15:10 radələrində xəsarət alması səbəbilə 2006-cı il təvəllüdlü şəxs (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona sol döş qəfəsin və sağ budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub. Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

***

Lənkəranda qardaş qardaşını bıçaqlayıb.

News365.az xəbər verir ki, Lənkəran şəhər sakini Mirzəyev Emral Əmin oğlu aralarında yaranmış münaqişə zamanı qardaşı Mirzəyev Semral Əmin oğluna bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başlanılmaqla istintaq aparılır./// Bakıvaxtı.az


Sizin reklam burada
Sizin reklam burada