Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında jurnalistlərlə dialoqa açıq olduğunu bildirərək, Ermənistan Apostol Kilsəsi ilə bağlı hüquqi məsələlərin açıqlanmasını və debat aparmağa hazır olduğunu qeyd edib.
News365.az xəbər verir ki, Paşinyan vurğulayıb ki, ölkənin Baş naziri olaraq hər kəsin, o cümlədən dini liderlərin fəaliyyətlərinin Ermənistanın təhlükəsizliyinə təhdid olub-olmamasını nəzərdən keçirmək öhdəliyi var. O, Katolikos II Qaregin və onun qardaşının fəaliyyəti ilə bağlı təhlükəsizlik risklərini qeyd edib.
Jurnalistlərin suallarına cavab verərkən Paşinyan sakitliyi qorumağın vacibliyini vurğulayıb və bildirib ki, medianın sərbəst fəaliyyəti və söz azadlığı hakimiyyət üçün prioritetdir.
Eyni zamanda Baş nazir özünü Erməni Apostol Kilsəsinin sadiq nümayəndəsi adlandıraraq, ölkədə seçilmiş rəhbərin hərəkət azadlığının heç kim tərəfindən məhdudlaşdırıla bilməyəcəyini qeyd edib.
News365.az