Bakının Binəqdədi rayonunda binada baş verən yanğında 30 nəfər təxliyyə edilib, 3 nəfər xilas olunub.
News365.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərərargah rəisi İlqar Nəsibov deyib.
O bildirib ki, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi ilə əlaqədar əraziyə FHN-in qüvvələri cəlb olunub:
"Slavyan Universitetinin məcburi köçkünlərinin yaşadığı yataqxananın eyvanında yanar konstruksiyalar yanıb, 30 nəfər təxliyyə olunub, 3 nəfər xilas edilib, xəsarət alan yoxdur".
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən News365.az verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.