Türkiyə Estoniya və Rumıniyaya təyyarə göndərəcək

Türkiyə Estoniya və Rumıniyaya təyyarə göndərəcək
15:07

Türkiyə NATO-nun gücləndirilmiş hava patrulu missiyaları çərçivəsində Şərqi Avropada hərbi mövcudluğunu artıracaq. 

News365.az xəbər verir ki, bu məqsədlə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri 2026-cı ilin avqust–noyabr aylarında Estoniyada, 2026-cı ilin dekabrından 2027-ci ilin mart ayınadək isə Rumıniyada yerləşdiriləcək.


Missiyanın əsas məqsədi NATO-nun hava məkanının təhlükəsizliyinin təmin olunması, müttəfiq ölkələrin müdafiə qabiliyyətinin gücləndirilməsi və alyans daxilində kollektiv təhlükəsizliyin möhkəmləndirilməsidir. 

Türkiyənin bu missiyalarda iştirakı NATO qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi və regional təhlükəsizliyə verdiyi töhfə kimi qiymətləndirilir.



Sizin reklam burada
Sizin reklam burada