Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bildirib ki, 2025-ci ilin yekunlarına dair proqnozlara əsasən pensiya göstəricilərində artım gözlənilir.
Onun sözlərinə görə, yaşa görə orta aylıq pensiyanın 578 manatdan 629 manata, ümumi orta aylıq pensiyanın isə 543 manatdan 590 manata yüksələcəyi nəzərdə tutulur.
News365.az xəbər verir ki, bu barədə Zəka Mirzəyev 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verib.
News365.az