Ramiz Mehdiyevin gəlininin bankı ötən ili zərərlə başa vurdu

Ramiz Mehdiyevin gəlininin bankı ötən ili zərərlə başa vurdu
17:34

Bank “BTB” ASC 2025-ci ili zərərlə başa vurub.

News365.az xəbər verir ki, bankın ötən il zərəri 404 min manat təşkil edib.

Bank “BTB” bank 2024-cü ili 839 min manat zərərlə başa vurmuş, həmin ilin ikinci rübündə isə 226 min manat mənfəət əldə etmişdi.

Qeyd edək ki, bankın kapitalı 2025-ci birinci yarımilində ilin əvvəli ilə müqayisədə 1 milyon 719 min manat azalaraq 51 milyon 470 min manatdan 49 milyon 750 min manata düşmüşü.

Bank 2025-ci ilin dördüncü rübü üzrə dərc etdiyi mənfəət və zərər haqqında hesabatında cəmi kapitalının və depozit portfelinin həcmini açıqlamayıb.

Xatırladaq ki, "Bank BTB"-nin üç əsas səhmdarı var. Əsas payçı Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevadır. O, bankda 54 829 ədəd adi adlı sənədsiz səhmə malik olmaqla nizamnamə kapitalının 76,7376%-nə sahibdir.

12 634 ədəd adi adlı sənədsiz səhmə sahib olan Sadiq İsmayıl oğlu Rzanın bankın nizamnamə kapitalında payı 17,6823%, 3 987 ədəd səhmə sahib Tükazban Mahmudovanın payı isə 5,5801% təşkil edir./Teleqraf 


Sizin reklam burada
Sizin reklam burada