"Şəhid ailələrinə qarşı saxtakarlıq halları tez-tez olur"- Eyyub Hüseynovdan AÇIQLAMA

"Şəhid ailələrinə qarşı saxtakarlıq halları tez-tez olur"- Eyyub Hüseynovdan AÇIQLAMA
13:53

Şəhid ailələri bəzi hallarda aldadılır, onlara baha qiymətə məhsullar satılır. Hüquqi və psixoloji problemlərin qarşısını almaq üçün ictimaiyyətin və dövlətin daha fəal olması vacib hesab olunur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov News365.az-a şəhid ailələrinin iqtisadi və hüquqi problemlərlə üzləşdiyini açıqlayıb.

O bildirib ki, bəzi şəxslər şəhid ailələrini saxta vədlərlə aldadaraq yüksək qiymətə məhsullar satırlar.

“İki il əvvəl bir hadisə baş verib. Sabirabad rayonunun Nəsimi kəndində yaşayan şəhid qardaşı çox kasıb bir insandır. Ona baha qiymətə su filtri satmaq istəyən bir şirkətlə qarşılaşdıq. Satıcı vəd etmişdi ki, televizor da verəcək, amma heç bir şey olmadı. Dövlət orqanlarına müraciət etsək də, pulunu qaytara bilmədik,” – deyə Eyyub Hüseynov bildirib.

O, həmçinin müharibədən qayıdan zabitlərin hüquqlarının pozulması və onların psixoloji vəziyyətinin nəzərə alınmamasından narazılığını ifadə edib. Hüseynov vurğulayıb ki, şəhid ailələrinin və qazilərin hüquqlarının qorunması üçün ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının və dövlət orqanlarının daha fəal olması vacibdir.


Sizin reklam burada
Sizin reklam burada