Tanınmış iş adamı, “Sabirabad Konserv” ASC-nin rəhbəri Əliabbas Şıxəliyev vəfat edib.
News365.az xəbər verir ki, 76 yaşlı sahibkar Bakıda uzunsürən xəstəlikdən dünyasını dəyişib. O, bu gün Sabirabad rayonunda dəfn ediləcək.
Mərhumun üç mərasimi Sabirabadda keçiriləcək.
Qeyd edək ki, Ə.Şıxəliyev uzun illər Sabirabadda müxtəlif zavodlara rəhbərlik edib.
Allah rəhmət eləsin!
