İran Zəncəzur dəhlizinin açılmasında maraqlı deyil və bunun ərazisindən keçməsini istəyir. Bu dəhliz Tehran üçün həm siyasi təzyiq vasitəsi, həm də maddi qazanc mənbəyi kimi əhəmiyyət kəsb edir. Son açıqlamalar və Ermənistandakı etiraz aksiyaları İranın bu mövqeyini bir daha təsdiqləyir.
Politoloq Oqtay Qasımov News365.az-a bildirib ki, İran Zəncəzur dəhlizinin açılmasında maraqlı deyil və həmin dəhlizin öz ərazisindən keçməsini istəyir.

Onun sözlərinə görə, bu dəhliz İran üçün həm siyasi təzyiq vasitəsi, həm də maddi gəlir mənbəyi kimi əhəmiyyətlidir.
Qasımov vurğulayıb ki, Ermənistan və digər ölkələr də öz maraqlarını bu məsələdə istifadə edir, lakin İranın son açıqlamaları ötən 35 ildə yürüdülən siyasətin nəticəsi kimi qiymətləndirilə bilər. O, həmçinin qeyd edib ki, İranın Azərbaycan torpaqlarının işğalında verdiyi dəstək və 44 günlük müharibə dövründə atdığı təxribatçı addımlar yaddaşlarda qalıb.
“Zəncəzur dəhlizinin açılması ilə bağlı İran tərəfindən qırmızı xətlərin elan olunması və Ermənistandakı etiraz aksiyaları göstərir ki, Tehran öz mövqeyini qorumaqda qərarlıdır,” – deyə politoloq əlavə edib.