İran hakimiyyəti etirazçılara qarşı edam tətbiq etməyi planlaşdırmır
İranın xarici işlər naziri Abbas Əraqçi açıqlayıb ki, ölkədə etirazçılara qarşı asma ilə edam cəzası nəzərdə tutulmur və belə bir plan mövcud deyil.
News365.az xəbər verir ki, O, bu barədə “Fox News”a verdiyi müsahibədə bildirib ki, ABŞ prezidentinin İran hakimiyyətini ittiham etmək məqsədilə yaydığı məlumatlar dezinformasiya xarakteri daşıyır və fəlakətli nəticələrə səbəb ola bilər.
Əraqçi həmçinin vurğulayıb ki, hazırda İranda nümayişlər və etirazlar yoxdur və ölkədə vəziyyət sakitdir.
News365.az