Yaxın bir həftədə bu avtomobillə yola çıxmaq risqlidir- XƏBƏRDARLIQ

Yaxın bir həftədə bu avtomobillə yola çıxmaq risqlidir- XƏBƏRDARLIQ
13:13

Yaxın bir həftədə ölkə ərazisində qarlı-şaxtalı hava müşahidə olunacaq. Hətta Bakı və Abşeron yarımadasında havanın temperaturu mənfi 4-də qədər düşəcək. Bu da o deməkdir ki, yaxın günlərdə avtomobil yolları buz bağlayacaq və xeyli təhlükəli olacaq. Bununla bağlı Dövlət Yol Polisi sürücülərə müraciət edib. Çünki şaxtalı havalarda protektoru sıradan çıxmış və qetri-rezin şinlərlə avtomobil idarə eləmək çox təhlükəlidir. Belə havalarda dağlıq və dağ ətəyi zonalarda yollar daha təhlükəlidir.

Lakin bir reallıq var ki, sürücülərimizin çoxu avtomobillərin şinlərini mövsümə uyğun dəyişmir. Bu məsələ sürücülər üçün ümumiyyətlə prioritet deyil.

Mövzu ilə bağlı News365.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyir ki, Azərbaycan mülayim iqlim zonasında yerləşir:

“Üstəlik ölkəmizdə avtomobillər əsasən Abşeron yarımadasında toplaşıb. Bu ərazilərdə də havalar mülayim keçir. Yalnız dekabr-yanvar aylarında hava sərt, şaxtalı olur. Ona görə də avtomobil sahibləri yay və yaxud qış şinlərinə o qədər də fərq qoymurlar. Amma qarlı-şaxtalı havada qış şinlərinin böyük üstünlüyü var. Lap elə yağışlı havada qış şinləri daha rahat və təhlükəsizdir. Yağış yağanda sürücülərimiz ara məsafəsi saxlaya bilmir və nəticədə qəza törədirlər. Bunun da əsas səbəblərindən biri şinlərin keyfiyyətsiz olmasıdır. Bildiyimiz kimi bazarda rezin, yarı-rezin və süni rezindən hazırlanmış şinlər var. İsti havalarda qeyri-rezin şinlər o qədər də təhlükəli deyil. Amma yağışlı, xüsusən də şaxtalı havalarda süni rezindən olan şinlər sürüşkən olur. Və təhlükə yaradır. Üstəlik mövsümü şinlər həm də risqləri aradan qaldırır. Ümumilikdə isə protektoru yeyilmiş şinlər qarlı-şaxtalı havalarda şox təhlükəlidir. Yaxşı olardı ki, avtomobil sahibləri bu məqama xüsusi diqqət eləsinlər”.


Sizin reklam burada
Sizin reklam burada