“Mən çoxdandır Alimi tənbeh etmirəm. Cavan vaxtı tövsiyələrimi dinləyirdi. Sonra Xalq artisti oldu, məşhurlaşdı, ona görə də heç nə demirəm”.
News365.az xəbər verir ki, bu sözləri xanəndə, qəzəlxan Ağakərim Nafiz deyib.
O bildirib ki, Alim Qasımov institutu bitirəndən sonra tələbə kimi onun yanına gəlib:
“Onu da deyim ki, muğam ifa edərkən oturmağın da öz qaydası var. Məsələn, Alim düzgün oturmur, çünki bunu ona öyrətməmişəm. Qəsdən öyrətmədim, ona görə ki, o artıq elə şeyləri başqalarından öyrənməyə başlamışdı. O yerdə düz oturmur. Qafqaz xanəndəsi elə oturmaz. O, iranlıların oturma formasıdır. O, oturaq xalqlara aiddir, biz isə tərəkəməyik. Biz diz üstündə oturmalıyıq”. /// apa.az