Makron müdafiə kabinetinin təcili iclasını çağırdı

Makron müdafiə kabinetinin təcili iclasını çağırdı
17:06

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqını elan etməsi bəyanatı və İran hökumətinin etirazları qəddarcasına yatırması fonunda ölkənin müdafiə kabinetinin təcili iclasını çağırıb.

News365.az xəbər verir ki, bu barədə “Reuters” Fransadakı mənbəyə istinadən məlumat yayıb.

“Makron müdafiə şurasının iclasından sonra Fransa hərbçilərinə Yeni il təbriklərini çatdırmaq üçün İstr şəhərinə yola düşüb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, “Arktika dözümlülüyü” hərbi təlimi çərçivəsində Fransa Qrenlandiyaya qoşun göndərib.


Sizin reklam burada
Sizin reklam burada