Məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlanıb

Məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlanıb
11 Apr 2025 17:14

Aprelin 11-i saat 13:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, 220 saylı orta məktəbdən müraciət qeydə alınıb.

News365.az xəbər verir ki, bu barədəTƏBİB-dən xəbər verilib

    Bildirilib ki, dərhal çağırış ünvanına briqada cəlb olunub. 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

    "Pasiyentə belin küt travması diaqnozu təyin edilib. Zəruri tibbi yardımlar göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.


    Sizin reklam burada
    Sizin reklam burada