PSJ-nin UEFA Çempionlar Liqasını qazanması baş məşqçi Luis Enrike üçün də əlamətdar olub.
56 yaşlı mütəxəssis turnirin tarixində Çempionlar Liqasını 3 dəfə qazanan beşinci baş məşqçi olub.
Buna qədər yalnız Karlo Ançelotti, Bob Peysli, Zinəddin Zidan və Pep Qvardiola bu uğura imza atmışdı.
Luis Enrike daha əvvəl 2015-ci ildə “Barselona” ilə Çempionlar Liqasının qalibi olmuşdu. Həmin vaxt Kataloniya təmsilçisi finalda “Yuventus”u 3:1 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, PSJ daha öncə 2024/25 mövsümündə də Enrike ilə turnirin qalibi olmuşdu.