Yay mövsümünün gəlişi ilə dənizdə boğulma hallarının sayında kəskin artım müşahidə olunur. Cəmiyyətdə bu bədbəxt hadisələrin əsas səbəbi kimi dənizdən qum daşınması nəticəsində dibdə yaranan dərin çalalar göstərilsə də, mütəxəssislər fərqli məqamlara diqqət çəkir.
Məsələ ilə bağlı
Ekspert qum daşınması ilə bağlı iddialara aydınlıq gətirib:
"Bəli, Bakı, Abşeron və Xızı ərazilərində nəzarətsiz qum daşınması problemi var və təəssüf ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunun qarşısını almaqda aciz qalır. Lakin bilavasitə dənizin daxilindən qum çıxarmaq həm texniki baxımdan çox çətindir, həm də dəniz qumu sulu və duzlu olduğu üçün tikintiyə yaramır. Buna görə də dəniz dibində çalaların yaranması və bunun boğulmaya səbəb olması iddiası reallığı əks etdirmir".
A.Mustafayevin sözlərinə görə, dənizdəki faciələrin əsas elmi və praktiki səbəbləri tamamilə fərqlidir:
Kəskin temperatur fərqi: Son vaxtlar havanın birdən-birə kəskin isinməsi quru ilə su, həmçinin suyun üst qatı ilə alt qatı arasında ciddi temperatur fərqi yaradır. İsti havadan birbaşa soyuq suya daxil olmaq insanda əzələ qıcolmalarına və bədənin şoka düşməsinə səbəb olur.
Qadağan olunmuş zonalar: Vətəndaşlar nəzarətsiz və çimmək qadağan edilən təhlükəli ərazilərdə dənizə daxil olurlar.
Sərxoş halda suya girmək: Spirtli içki qəbul etdikdən sonra dənizə girmək faciəyə birbaşa dəvətnamədir.
Fiziki imkanların düzgün qiymətləndirilməməsi: Üzməyi zəif bilən şəxslərin özünə güvənərək dərininə getməsi ən çox rast gəlinən boğulma səbəblərindəndir.
Mütəxəssis vurğulayır ki, dəniz kənarında istirahət edərkən qum karxanalarını günahlandırmaqdansa, şəxsi təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır.