Bizim üçün ən təhlükəli aylar iyul və avqustdur. Onların (Rusiya ordusu – red.) əlində nə varsa, hamısını atacaqlar.
News365.az Axar.az-a istinadla xəbər verir ki, bunu ukraynalı astroloq Vlad Ross müharibə ilə bağlı yeni proqnozunda bildirib.
"Rusiyanın planlarına gəlincə, bəli, onlar energetika sistemimizi tamamilə məhv etməyə, neft-qaz sistemimizi iflic etməyə çalışacaqlar. Onların gələn ilin mart ayına qədər böyük planları var. Buna görə də, ən azı hazırda Kremldə hakimiyyətdə olan rəhbərlik müharibəni bitirmək istəmir”, - o söyləyib.
Yaxın günlərdə Kiyev üçün ən təhlükəli tarixlərə toxunan Vlad Ross 16 və 17 iyulu qeyd edib:
"Növbəti günlərdə – cümə axşamı və cümə Kiyev üçün çox əlverişsiz olacaq. Bu günlərdə xüsusilə diqqətli olun. Yenidən ballistik raket hücumları ola bilər, bəzi binalar dağıdıla bilər, vəziyyət çox çətin olacaq".
Bununla yanaşı, Rossun sözlərinə görə, sentyabr-oktyabr aylarından etibarən Rusiyaya cavab olaraq ballistik zərbələr endiriləcək və Putinin hakimiyyəti sona çatacaq:
"Onda Krım körpüsü artıq olmayacaq, Krım tədricən yaşayış üçün yararsız bir adaya çevriləcək. Çox gözləmək lazım deyil, sadəcə bir az səbir etmək lazımdır".
Astroloqun fikrincə, Rusiyada ümumi səfərbərlik də hakimiyyət üçün uğursuz nəticələnəcək. O iddia edib ki, belə bir qərar artıq qəbul olunub.
"Onların əlində qalan son vasitə ümumi səfərbərlikdir və bu, Moskvadakı hakimiyyətin sonunu gətirəcək".