Sumqayıt şəhərində yerləşən "Araz" supermarketlər şəbəkəsinin filiallarından birində vətəndaşların kütləvi şəkildə aldadıldığı iddia olunur.
News365.az-ın məlumatına görə, alıcılar marketdə vaxtı keçmiş və köhnə məhsulların üzərinə yeni yararlılıq tarixi və qiymət etiketləri yapışdırılaraq təkrar satışa çıxarıldığını bildiriblər.
Şikayətçilərin sözlərinə görə, bu fırıldaqçılıq daha çox tez xarab olan balıq və dondurulmuş digər qida məhsullarında müşahidə olunur. Vətəndaşlar mağaza rəhbərliyinin qida təhlükəsizliyi qaydalarını kobud şəkildə pozaraq insan sağlamlığını təhlükəyə atdığını vurğulayıblar.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.