Ankaranın Çankaya bələdiyyəsinin sədri Hüseyin Can Güner həbs edilib.
News365.az xəbər verir ki, Ankara Baş Prokurorluğunun cinayətkar təşkilat yaratma, rüşvət və tenderə müdaxilə ittihamları üzrə apardığı istintaq çərçivəsində məhkəmə Hüseyin Can Güner də daxil olmaqla 24 şübhəli barəsində həbs qətimkan tədbiri seçib.
Daha 6 nəfər isə məhkəmənin qərarı ilə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.