DÇ-2026: İngiltərə millisi yarımfinalda - VIDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VIDEO
09:05

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Mundialın əsas favoritlərindən hesab olunan İngiltərə millisi 1/8 finalda Braziliyanı mübarizədən kənarlaşdıran Norveçlə qarşılaşıb. Mayamidəki “Hard Rok” stadionunda təşkil olunan qarşılaşma ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Hesabı 36-cı dəqiqədə Norveç millisinin hücumçusu Andreas Şelderup mükəmməl qolla açıb. İlk hissəsinin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Cud Bellingem tarazlığı bərpa edib. Əlavə vaxtda (93-cü dəqiqə) daha bir qol vuran Bellingem İngiltərə yığmasını yarımfinala yüksəldib.

1/4 finalın sonuncu oyunu Bakı vaxtı ilə saat 05:00-da Argentina və İsveçrə yığmaları arasında olub və Messinin komandası 3-1 hesabı ilə qələbə qazanıb.

Deməli, yarımfinalda İngiltərə Argentina ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Fransa və İspaniya milli komandaları yarımfinala vəsiqə qazanıblar. Mundiala iyulun 19-da yekun vurulacaq.


Sizin reklam burada
Sizin reklam burada