Əfsanəvi fransız futbolçu Zinəddin Zidan Fransa milli komandasının növbəti baş məşqçisi olacaq.
News365.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano X şəbəkəsində yazıb.
Qeyd edək ki, Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi postunu tərk edəcəyini açıqlamışdı. O, 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. 57 yaşlı mütəxəssisin rəhbərliyi altında Fransa yığması 2018-ci ildə dünya çempionu, 2022-ci ildə dünya çempionatının, 2016-cı ildə isə Avropa çempionatının gümüş mükafatçısı olub.
54 yaşlı Zidan 2016-2018 və 2019-2021-ci illərdə iki dəfə “Real Madrid”ə rəhbərlik edib. Onun dönəmində komanda üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin iki dəfə İspaniya çempionluğunu, İspaniya Superkubokunu, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.