Allahşükür Paşazadə Prezidentlikdən niyə imtina edib?- DETALLAR

Allahşükür Paşazadə Prezidentlikdən niyə imtina edib?- DETALLAR
13:44

"Şeyxülislam Allahşükür Paşazadə illər əvvəl tanınmış rus jurnalisti Mixail Qusmanın "Formula vlasti" verilişində diqqətçəkən bir xatirə danışmışdı. Onun sözlərinə görə, 1990-cı ilin Qara Yanvar faciəsi ərəfəsində Yevgeni Primakov ona Azərbaycanda hakimiyyəti götürməyi təklif edib və bunun müqabilində sovet ordusunun Bakıya daxil olmamasının mümkün ola biləcəyini bildirib. Paşazadənin cavabı isə qəti olub: "Mənim iki rükət namazım sizin təklif etdiyiniz hakimiyyətdən qat-qat üstündür." O deyir ki, təklifi rədd edib və Primakovla ciddi mübahisə yaşayıb".

Bu barədə Fərid Əliyev sosial səhifəsində paylaşım edib. Və  qeyd edib ki. bu xatirənin bütün detalları tarixçilər tərəfindən ayrıca araşdırılmalıdır:

“Ancaq bir fakt mübahisə doğurmur: Qara Yanvar günlərində Allahşükür Paşazadə sovet rəhbərliyinin həyata keçirdiyi qanlı əməliyyatı açıq şəkildə pisləyən, SSRİ rəhbərliyini ittiham edən azsaylı nüfuzlu ictimai xadimlərdən idi. O dövrün siyasi reallıqları nəzərə alınanda bu, ciddi risk tələb edən mövqe idi.

Bu gün isə vəziyyət tamamilə fərqlidir. Şeyxülislamın əvvəlki dövrlərlə müqayisədə institusional səlahiyyətləri xeyli məhdudlaşıb. Dini idarəetmə mexanizmlərinin dəyişməsi nəticəsində onun təsir imkanları əvvəlki səviyyədə deyil. Bunun fonunda ölkədə ənənəvi dini məktəbin mövqeyinin zəifləməsi və kənar dini təsirlərin artması ilə bağlı narahatlıqlar da səsləndirilir.

Allahşükür Paşazadəni tənqid etmək mümkündür və bu, normaldır. Lakin dini radikalizmə, xarici dini-siyasi mərkəzlərin təsir cəhdlərinə və cəmiyyətdə məzhəb qarşıdurması yaratmaq istəyən qruplara qarşı mübarizədə onun illərlə formalaşmış nüfuzu, ənənəvi dini məktəbi təmsil etməsi və dövlətlə dialoq imkanları hələ də mühüm amillərdən biridir. Şəxsiyyətlərə münasibət emosiyalar üzərində deyil, tarixi xidmətləri, mövcud reallıqlar və milli təhlükəsizlik baxımından qiymətləndirilməlidir. Bu baxımdan Allahşükür Paşazadənin Azərbaycan dövlətçiliyinin mürəkkəb dövrlərində oynadığı rolu görməzlikdən gəlmək obyektiv yanaşma olmaz...”

News365.az


Sizin reklam burada
Sizin reklam burada