ABŞ Prezidenti Donald Tramp qlobal neft daşımalarında strateji əhəmiyyət kəsb edən Hörmüz boğazı ilə bağlı maraqlı açıqlama verib.
Ağ Ev rəhbəri bu marşrutun əvəzlənməsinin mümkünlüyünü vurğulayıb.
News365.az xəbər verir ki, "Fox News" telekanalına müsahibə verən Tramp Hörmüz boğazından istifadə edən gəmilərin sayının azalması fonunda vəziyyəti şərh edib. O bildirib ki, boğazdan keçmək istəyən digər ölkələr üçün heç bir maneə yoxdur:
"Biz bu marşrutu yalnız İranın üzünə bağlayırıq. Hazırda gediş-gəlişi məhdudlaşdırılan yeganə ölkə məhz İrandır. Son bir neçə ay ərzində qlobal miqyasda mühüm dəyişikliklər baş verib. Yeni boru kəmərləri inşa olunur. Biz Texas və Alyaska da daxil olmaqla Hörmüz boğazına çox yaxşı alternativlər tapırıq".