Qlobal neft bazarında güc balansı kəskin şəkildə dəyişir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mayın 1-də OPEK-i tərk etmək barədə qəfil qərarından sonra, daha bir neft nəhəngi – İraq da karteldən çıxmağa hazırlaşır.
Rəsmi Bağdad OPEK qarşısında gündəlik hasilat kvotasının artırılması ilə bağlı kəskin tələb qoyub. Əgər təşkilat İraqın bu təklifini rədd edərsə, ölkə rəsmən qurumdan ayrılmaq variantını masaya yatıracaq.
"OPEK artıq əvvəlki gücündə deyil, rıçaqlar ABŞ-nin əlinə keçir"
Mövzu ilə bağlı
"OPEK artıq qlobal neft bazarına qiymət diqtə edən bir güc mərkəzi kimi öz nüfuzunu sürətlə itirir. Vaşinqton hələ 2003-cü ildən bəri bu kartelin fəaliyyətindən narazı idi və prosesləri öz xeyrinə dəyişməyə çalışırdı. İndi görünən odur ki, ABŞ öz planını addım-addım reallaşdırır. Əvvəllər OPEK hasilatı azaldıb-çoxaltmaqla qiymətlərlə oynayırdı. İndi isə bu tənzimləmə funksiyasını ABŞ təkbaşına öz üzərinə götürməyə hazırlaşır".
Dünya neftinin 40%-nə kim nəzarət edəcək?
Natiq Cəfərli vurğulayıb ki, Vaşinqtonun neft bazarındakı hədəfləri olduqca böyükdür:
"ABŞ-nin öz daxili ehtiyatlarını, Venesuela neftini və İraqdakı yataqlara birbaşa nəzarətini nəzərə alsaq, Ağ Ev dünya neft bazarlarının təxminən 35-40 faizlik hissəsini idarə etmək gücünə sahiblənir. ABŞ oyun qaydalarını pozan ölkələrə sanksiya tətbiq etməklə bazarda tək diktə edən tərəf olmaq istəyir, çünki OPEK-də belə bir cəza mexanizmi yoxdur. Əgər Amerika bu məsələdə Rusiya ilə də müəyyən ortaq məxrəcə gələ bilsə, bu, OPEK-in rəsmən tarixin arxivinə qovuşması ilə nəticələnəcək".