Fəxriyyə Xələfovadan Taleh Yüzbəyovun videosuna REAKSİYA

Fəxriyyə Xələfovadan Taleh Yüzbəyovun videosuna REAKSİYA
16:00
Taleh Yüzbəyovun rol aldığı və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan reklam videosundan sonra “təbii və estetik gözəllik” mövzusu yenidən gündəmə gəlib. Bir çox tanınmış sima bu məsələ ilə bağlı fikirlərini bölüşür.

News365.az xəbər verir ki, mövzuya münasibət bildirənlərdən biri də tanınmış modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovadır.

O, sosial şəbəkədə paylaşdığı videoda özü ilə bağlı diqqət çəkən açıqlamalar verib:

“Özümə baxıram və görürəm: dodaqlarım dolğusuzdur, buxaq heç vaxt olmayıb. Gözlərimin rəngi təbii yaşıldır və dartılmayıb. Qaşlarım, kirpiklərim təbiidir, botoks yoxdur. Burun ucum qalxmayıb, yanaqlarım da təbiidir. Saç rəngim də təbii rəngə yaxındır. Taleh Yüzbəyovun videosunun əksi...”.
bakupost

Sizin reklam burada
Sizin reklam burada