"Türkiyə suverenliyini və müstəqilliyini təhdid edən istənilən təhlükəyə qarşı mübarizə aparacaq gücə malikdir".
News365.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran 15 İyul - Türkiyədə Demokratiya və Birlik Günü münasibətilə keçirilən tədbirdə qonaqlara videomüraciətində deyib.
O bildirib ki, bu gün Türkiyənin beynəlxalq səviyyədə ekstradisiyasını tələb etdiyi FETÖ üzvləri müxtəlif ölkələrdə fəaliyyət göstərməkdə və təəssüf ki, müəyyən dairələr tərəfindən dəstəklənməkdədir:
"Türkiyənin dostu olan və bu dostluğu qarşılıqlı hörmət və etimad əsasında inkişaf etdirmək istəyən bütün ölkələrə çağırışımız budur: Xalqımızın suverenliyini və demokratiyamızı hədəfə alan bu cür terror şəbəkələrinə qarşı dostlarımızın yanımızda olmasını və dostluğun tələb etdiyi həmrəylik ruhu ilə hərəkət etməsini gözləyirik. Çünki FETÖ təkcə Türkiyənin milli təhlükəsizliyi ilə bağlı problem deyil. Bu təşkilat fəaliyyət göstərdiyi hər bir ölkə üçün açıq təhlükə mənbəyidir".