Lənkəranda dağlıq ərazidə yanğın olub

Lənkəranda dağlıq ərazidə yanğın olub
02 Sen 2025 19:00

Lənkəranda dağlıq ərazidə yanğın baş verib.

News365.az xəbər verir ki, yanğın hadisəsi Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda, açıq sahədə qeydə alınıb. Yanğının Hirkan Milli Parkının ərazisinə də keçdiyi bildirilir.

Əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın lokallaşdırılıb, alov nəzarətə alınıb.

FHN-dən News365.az-a bildirilib ki, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində kənd bələdiyyəsinə məxsus 2 ha sahədə, eləcə də Hirkan Milli Parkında 200 kv.m. sahədə quru ot və kol-kos yanıb.


Sizin reklam burada
Sizin reklam burada